\
28 Mart 2024 - Cümə axşamı

Azerbaijan Fashion Week: nümayişlərin ikinci günü - FOTOLAR

Azerbaijan Fashion Week: nümayişlərin ikinci günü - FOTOLAR
1802baxış

Mediapress.az xəbər verir ki, artıq ikinci gündür ki, Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində dəb və incəsənət bir araya gəlirlər. 2018-ci il noyabr ayının 2-si, burada Azerbaijan Fashion Week - ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün ikinci günü keçirildi.

Bu günün parlaq şouları siyahısında, Qazaxıstan uşaq paltarları markası A.Sain-in nümayişi birinci oldu. Gənc modellər peşəkarlıqda yaşca daha böyük həmkarlarından əsla geri qalmayaraq, müxtəlif dolğun rəngli əlavələrlə süslənmiş, əsasən denim parçasından istifadə edilmiş parlaq kolleksiya nümayiş etdilər.

Növbəti nümayiş bir anda iki markanın əməkdaşlığının nəticəsidir – Elian Couture və S.Abdul collection, və bu nümayiş özündə meydan oxuyan cəsarət və bohema dəbdəbəsini birləşdirmişdır. Açıq geyimli modellər podiumda addımlayaraq selfi çəkirdilər və şəxsi instaqram hesablarından efirə çıxırdılar. Polis forması, xüsusən də, kristallarla və metal zəncirlərlə bəzədılmiş baş geyimləri və paqonlar çox maraqlı şəkillərdə təqdim olunmuşdu.

Meydan oxuyan cəsarətdən dəniz sakitliyinə. Podiuma növbəti çıxan modellər Azərbaycan markası olan Le Veine kolleksiyasını təqdim etdilər. Markanın dizayneri Fidan Zeynallı pastel çalarlarına üstünlük versə də, burada da gümüş parıltısı əksik olmadı. Yeri gəlmişkən bu, səkkizinci mövsüm çərçivəsində birinci nümayişdir ki, gəlinlik donu geyinmiş modelin çıxışıyla qurtardı, bu isə, daha bir müddət əvvəl istənilən dəb nümayişinin təşkili vaxtı, demək olar ki, məcburi idi. Le Veine markasının versiyasında belə geyim hərçənd ki həcmli olsa da, yüngül və zərif görsənirdi.

Kiçik fasilədən sonra, Noora markasının dizayner və banisi – Nura Allahverdiyeva postsənaye apokalipsisi stilində olan kolleksiyasını nümayiş etdi.Qurama tikmə texnikası ilə yerinə yetirilmiş geniş parlaq şalvarlar, kəsilmiş və sanki zombi hücumundan sonra cırılmış sviterlərlə tamamlanmışdı. Nə edək, Hellouindən çox az vaxt keçib!

Azərbaycan dizayneri Ayşən Həbibovanın kolleksiyası parlaq və yarımşəffaf parçaların fərqliliyi üzərində qurulmuşdu. Tamaşaçıya klassik qara və ağ rəngli, və nadir hallarda – pastel çalarlı rənglərdə axşam geyimləri təqdim edilmişdi. Lakin, burada da gümüş elementlərsiz olmadı – bu mövsümün trendlərindən biridir ki, praktiki olaraq, bütün dizaynerlər ona müraciət ediblər.

Nümayişin ikinci gününün son nöqtəsi Qazaxıstanlı dizayner Aya Bapani tərəfindən qoyuldu. Həftənin qonaqlarına Orta Asiya atmosferi ilə dolub-daşan, inanılmaz bir kolleksiya nümayiş edildi. Müəllifin bu bölgəyə aid olması orijinal musiqi seçimi ilə, bölgə üçün klassik olan - keçə və ipək parçalardan istifadəsi ilə, həmçinin stilizə edilmiş baş geyimləri və zərgərlik əşyalarının istifadəsi ilə vurğulanırdı. Podiumda modellərin arxasınca havada süzən, yarımşəffaf, sanki çəkisiz olan örtüklər xüsusiylə atmosferik görsənirdi.

Nümayişlər bitdikdən sonra Həftənin iştirakçıları və qonaqları Court klubuna səs-küylü afterparty-ya getdilər, və orada DJ musiqisi müşayiəti altında səhərə qədər rəqs etdilər.

Könül Qocayeva