\
26 Aprel 2024 - Cümə

Molla Pənah Vaqifin poeziyasına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək

Molla Pənah Vaqifin poeziyasına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək
1977baxış

Mediapress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Söz” ədəbiyyat layihəsi çərçivəsində dekabrın 5-də Saat 19.00-da Beynəlxalq Muğam mərkəzində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin poeziyasına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Tam fərqli formatda hazırlanan bu tədbirdə İlkin Əhməd, əməkdar artistlər Hüsniyyə Mürvətova, Ləman Mehri və Elxan Rza, Kamal Yaşar, xanəndələr Almaxanın Əhmədli, Pərviz Qasımov, Elgiz Əliyev, tarzən Şəhriyar İmanov çıxış edəcəkdir. 

Azərbaycan Televiziyasının Mədəniyyət kanalı və Beynəlxalq Muğam mərkəzinin təşkil etdiyi bu tədbirlə “Söz” layihəsinin televiziya silsiləsinə də start veriləcək.

Könül Qocayeva