\
25 Aprel 2024 - Cümə axşamı

Gülnarə Xəlilova İstanbulda kolleksiyalarını təqdim edəcək - FOTOLAR

Gülnarə Xəlilova İstanbulda kolleksiyalarını təqdim edəcək - FOTOLAR
1878baxış

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer Gülnarə Xəlilova dekabrın 28-29-da İstanbulda keçiriləcək moda həftəsində iştirak edəcək.

Musavat.com xəbər verir ki, o, “Turan” və “Toxunuş” kolleksiyalarından olan 20 geyim təqdim edəcək.

AFWEU-nun təşkil etdiyi “Fashion Week Istanbul”da Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 15 məşhur dizaynerin kolleksiyaları sərgilənəcək.

Xatırladaq ki, G.Xəlilovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya və Qırğızıstanda keçirilmiş moda həftələrində və beynəlxalq tədbirlərdə təqdim edilib.

Mediapress.az