\
20 Aprel 2024 - Şənbə

“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək

“Vətənpərvərlik Kinosu Həftəsi” keçiriləcək
1773baxış

Mediapress.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.

Kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıdmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

Vüqar Mürsəlov, Mətləb Quliyev, Tahir Həsənov, Cavanşir Rəhimov, Elxan Zülfüqarov, İlqar İsmayılov, Alı Mustafayev, Zabit Quliyev və digər Milli Qəhrəmanlara həsr olunan “Dəmir atlı”, “Həsrətlə cənnətə qovuşanlar”, ”Bizim zaman qəhrəmanları”, “Cavanşir”, “Ömrün qırx anı”, “Döyüşə tələbələr gedir”, “Tarixdə adı qalan”, “Ən yüksək zirvə”, “Ovçu” kimi bir çox filmlərin nümayişi olacaq.

Qeyd edək ki, filmlərin nümayişi Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən müxtəlif mədəniyyət müəssisələrində baş tutacaq. Filmlərə giriş sərbəstdir

“Vətənpərvərlik kinosu həftəsi”ndə

 

14-18 yanvar tarixlərində nümayiş olunacaq filmlərin keçirilmə qrafiki

 

№ Filmin adı Milli Qəhrəman Rejissor Məkan Tarix və saat

1 “Dəmir atlı” (26 dəq) “Həsrətlə cənnətə qovuşanlar” (29 dəq) Mürsəlov Vüqar Quliyev Mətləb Məmmədov Zamin Badamdar qəsəbə Mədəniyyət evi 14.01.2019 Saat 14:00

2 “Bizim zaman qəhrəmanları” (17:40 dəq) “Cavanşir” (20 dəq) Həsənov Tahir Rəhimov Cavanşir Abdullayeva Gülnarə Musazadə Kamalə Binəqədi Mərkəzi Mədəniyyət evi 15.01.2019 Saat 12:00

3 “Ömrün qırx anı” (14:51 dəq) “Döyüşə tələbələr gedir” (21:54 dəq) Zülfüqarov Elxan Hüseynov Rövşən Anar Şuşalı Əhmədov Behzad Mərdəkan Mədəniyyət Sarayı 16.01.2019 Saat 12:00

4 “Tarixdə adı qalan” (17:49 dəq) “Ən yüksək zirvə” (20:46 dəq) Ocaqverdiyev Sərxan İsmayılov İlqar Günel Aqif Şağan qəsəbə Mədəniyyət Mərkəzi 17.01.2019 Saat 12:00

5 “Azərbaycanlı Yura” (22:25 dəq) “Ovçu” (22:11 dəq) Kovalyov Yuri Quliyev Zabit Asif Abramov Həsənov Pərviz Şüvəlan qəsəbə Mədəniyyət evi 18.01.2019 Saat 14:00

6 “Bitməyən ömür” (20:25 dəq) “Qəhrəmanlığa gedən yol” (16 dəq) Şahbazov Yavər Novruzov Ələsgər Seyran Mahmudoğlu Ramiz Hüseynov H.Abbasov adına Mədəniyyət Mərkəzi 14.01.2019 Saat 14:00

7 “Məmmədov Aqil” (22:10 dəq) “Kamillik zirvəsi” (14:25 dəq) Məmmədov Aqil Məmmədov Eldar Qurban Səlimov Təranə Abbasova Müşfiqabad qəsəbə Mədəniyyət evi 15.01.2019 Saat 12:00

8 “Alı zirvəsi” (34 dəq) Mustafayev Alı Kamalə Musazadə Yasamal rayon Heydər Əliyev Mərkəzi 16.01.2019 Saat 12:00

9 “İgid əsgər” (30:20 dəq) Mirzəyev Yusif Nizami Abbas Nardaran qəsəbə Mədəniyyət Mərkəzi 17.01.2019 Saat 12:00

10 “Dəmir mayor” (22:04 dəq) “Samidə məktub” (15:18 dəq) Vəzir Sədiyev Samid İmanov Zamin Məmmədov Kamran Qasımov Suraxanı rayon Heydər Əliyev Mərkəzi 18.01.2019 Saat 11:00