\
25 Aprel 2024 - Cümə axşamı

Hacı İsmayılov "Şöhrət” ordeni ilə təltif edildi

Hacı İsmayılov "Şöhrət” ordeni ilə təltif edildi
1740baxış

Prezident İlham Əliyev xalq artisti Hacı İsmayılovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mediapress.az-ın məlumatına görə, sərəncama əsasən Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, yanvarın 22-də Hacı İsmayılovun 75 yaşı tamam olur.