\
29 Mart 2024 - Cümə

Əbülfəs Qarayev jurnalistlər üçün mətbuat konfransı keçirtdi

Əbülfəs Qarayev jurnalistlər üçün mətbuat konfransı keçirtdi
1814baxış

"Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyət nümayəndələri ilə görüşü böyük müzakirələrə səbəb oldu. Bu mədəniyyətə olan diqqətin nümunəsidir."

Bunu bu gün Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayev Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə həsr olunan mətbuat konfransı zamanı bildirdi. Konfrans zamanı həmçinin jurnalistlərin sualları da cavablandırıldı:

"Son iki ildə kifayət qədər dəyərli işlər görülüb. Ciddi İslahatlar aparılır. Bu yaxınlarda cənab prezident verdiyi sərəncamla bizim qarşımızda konkret tapşırıqlar qoydu. Bu tapşırıqlar mədəniyyət sistemin yenidən qurulmasına, müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb. Həyata keçirilən Tvininq proqramına əsasən dünya təcrübəsi öyrənilib. Bir sıra ölkələrin təcrübəsi Azərbaycanda da tətbiq olunacaq. Sevindirici haldır ki, cənab prezident də məhz bu istiqamətdə bizim qarşımızda tələblər qoydu. Mikayıl Müşfiqin qalıqları ilə bağlı hələlik bizə heç bir sübut təqdim olunmayıb. 

"Mikayıl Müşfiqin qalıqları ilə bağlı hələlik bizə heç bir sübut təqdim olunmayıb".

"Bu istiqamətdə dövlət tərəfindən tapşırıqlar verilib, araşdırma prosesi davam edir: Hələlik heç bir nəticə yoxdur. Bu istiqamətdə bizə heç bir sübut təqdim edilməyib, amma tədqiqat aparılır. Eyni zamanda Müşfiqin yaxınları ilə danışıqlar aparmışıq ki, onun evini muzeyə çevirmək üçün bizə yardımçı olsunlar. 

Könül Aypara