\
20 Aprel 2024 - Şənbə

Sumqayıt Dövlət Dram Teatrı uşaqlar üçün bayram tamaşası hazırlayıb

Sumqayıt Dövlət Dram Teatrı uşaqlar üçün bayram tamaşası hazırlayıb
1733baxış

Sumqayıt Dövlət Dram Teatrı Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası ilə kiçik yaşlı tamaşaçıların görüşünə gələcək.

Novruz elementləri ilə fərqli çalarda hazırlanan, bayram tətili günlərində öz tamaşaçılarının xoş istirahətlərini təmin etmək məqsədilə repertuara əlavə olunan nağıl-tamaşada gənc və istedadlı aktyorlar yer alır.

Səhnə əsərində obrazları Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən Əsgərov canlandırır.

Məlumat üçün bildirək ki, bayram tamaşaları 20-25 mart, hər gün 3 (21, 22, 23 mart 4 seans) seans olmaqla saat 11:00, 13:00, 15:00, 17:00-da oynanılacaq.

Mediapress.az