\
24 Aprel 2024 - Çərşənbə

Azərbaycan kələğayısı Manisa festivalında - Tərlan Akçay mədəniyyət incimizi sərgilədi EKSKLÜZİV - VİDEO - FOTOLAR

Azərbaycan kələğayısı Manisa festivalında - Tərlan Akçay mədəniyyət incimizi sərgilədi EKSKLÜZİV - VİDEO - FOTOLAR
1311baxış
Mediapress.az xəbər verir ki, 24-27 aprel tarixlərində Türkiyənin Manisa şəhərində hər il olduğu kimi bu il də "Mesir şənliyi" adlı festival keçirilib.  Qeyd edək ki, festival Manisa Böyük Şəhər Bələdiyyəsinin təşkilatçılığı və Manisa-Azərbaycan Mədəniyyət və Dayanışma mərkəzinin dəstəyi ilə təşkil olunub. 
“Mesir şənliyi festivalında" Azərbaycanın təmsilçisi daima mədəniyyətimizin tanıtımı ilə məşğul olan həmyerlimiz Tərlan xanım Akçay olub. O, həyat yoldaşı Məhmət Akçayla bərabər festivala qatılıb və təsis etdikləri Tamğaipək kələğayını Azərbaycan mədəniyyətinin incisi kimi təqdim ediblər. 
Əl işlərindən ibarət olan bu festivalda “Azərbaycan Kələğayısının Manisaya Yolçuluğu“ adlı sərgidə ölkəmizin milli-mənəvi dəyərlərindən olan, ta nənələrimizdən bəri abır-ismət rəmzi sayılan, dava-müharibələrin, qan düşmənçiliyinin sülh simvolu kimi tanınan kələğayı iştirakçılara nümayiş etdirilib.
Tərlan xanım və Məhmət Akçaylar kələğayımızın tarixi və mədəniyyətimizdəki rolu haqda qonaqlara ətraflı məlumatlar veriblər. Onların canfəşanlığı Manisa Böyük Şəhər Bələdiyyəsi tərəfindən rəğğbətlə qarşılanıb. 
Əlavə edək ki, tədbirə Manisa Valisi (icra başçısı), Bələdiyyə BŞK  və bir çox dövlət rəsmiləri qatılıblar.
 
Hazırladı: Könül Aypara