\
19 Aprel 2024 - Cümə

British Council Bakıda beşinci British Film Spring (Britaniya Film Baharı) kinofestivalına start verir

British Council Bakıda beşinci British Film Spring (Britaniya Film Baharı) kinofestivalına start verir
1685baxış

BRİTİSH COUNCİL-IN AZƏRBAYCANDAKI FİLİALI BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ VƏ PARK CİNEMA İLƏ ƏMƏKDAŞLIQ ÇƏRÇİVƏSİNDƏ BEŞİNCİ "BRİTANİYA FİLM BAHARI" KİNOFESTİVALININ BAŞLANDIĞINI MƏMNUNİYYƏTLƏ ELAN EDİR. FESTİVAL ÇƏRÇİVƏSİNDƏ ƏN MƏŞHUR, DÜŞÜNMƏYƏ VADAR EDƏN VƏ TƏNQİDİ QİYMƏTİNİ ALMIŞ YENİ FİLMLƏRİ BİRLƏŞMİŞ KRALLIQDAN AZƏRBAYCANA GƏTİRMİŞİK.

Mediapress.az xəbər verir ki, Britaniya Film Baharı festivalındakı filmlər 17-24 may tarixlərində Park Cinema tərəfindən Flame Towers binasında tamaşaçılara təqdim olunacaq və bununla da Azərbaycanda British Council-ın Müxtəliflik Həftəsi başa çatacaq. Biz The Favourite (Favorit), Dark River (Bulanıq Sular), Obey (Boyun Əy), The Happy Prince (Xoşbəxt Şahzadə), Disobedience (İtaətsizlik), On Chesil Beach (Çesil Sahilində), və Colette (Kolet) daxil olmaqla, müxtəlif janrlarda çəkilmiş yeddi diqqətəlayiq və maraqlı filmləri nümayiş etdirəcəyik.

Britaniya Film Baharını 2019-cu ilin "Ən yaxşı film"inə görə Oskar mükafatına namizəd olan "The Favourite" filmi açacaq. Filmində baş rolun ifaçısı 2019-cu ilin Oskar mükafatının qalibi olmuş Olivia Colman-dır. Bütün filmlər Azərbaycan dilində subtitrlarla İngilis dilində nümayiş etdiriləcək. Biletlərin qiyməti hər film nümayişi üçün 2 AZN-dir. Biletləri həm elektron şəkildə www.parkcinema.az səhifəsindən, həm də "Park Cinema"nın kassalarından əldə etmək olar.

British Council Azərbaycandakı filialının direktoru Samr Şah qeyd edir: "2019-cu ildə Azərbaycanda keçiriləcək Britaniya Film Baharı, festivalın tarixində ən maraqlı və səbirsizliklə gözlənilən filmləri nümayiş etdirəcəkdir. Festivalın əsas mövzusu müxtəlifliyin və fərqliliyin qeyd edilməsidir. Biz bu illik ənənəni Böyük Britaniyanın Bakıdakı səfirliyi ilə birgə davam etdirməkdən, kinematoqrafiyanın bu nailiyyətlərini Azərbaycan tamaşaçıları ilə bölüşməkdən və hər iki ölkənin insanlarını bir araya gətirməkdən məmnunuq”.

Böyük Britaniya Azərbaycanda səfirinin müavini Philip Barclay qeyd edir: “Birləşmiş Krallıq hər zaman kino sənayesinin qlobal mərkəzi olmuşdur. «Taxt-tac oyunları» serialının son mövsumunda Britaniyanın aktyor sənətinin zənginliyi, eləcə də, bizim gözəl məkanlarımız və texniki təcrübəmiz bütün dünyaya nümayiş olunur. Mən sevinirəm ki, bu ilki Britaniya Film Baharı festivalında yer alan filmlər bizim tariximizdə indiyə qədər qapalı mövzu kimi qalmış fərqlilik hekayələrindən bəhs edirlər. Bu il mükafatlandırma mərasimində təltif edilmiş “Favorit” filmi bir çox tarixi xarakterlərin nə qədər fərqli olduqlarını bizə xatırladı.”

Park Cinema kinoteatrlarının direktoru Elnur Allahverdiyev qeyd edir: “British Film Spring kinofestivalı çərçivəsində British Council və Böyük Britaniya Səfirliyi ilə əməkdaşlıq etmək bizim üçün şərəfdir. Park Cinema «Hamı Üçün Kino» strategiyasını alqışlayır və bizim sevimli tamaşaçılarımız üçün əlçatanlığın və inklüzivliyin təmin edilməsi məqsədilə dəyişiklikləri hədəfə alan layihələri hər zaman böyük sevinc hissi ilə dəstəkləyir.”

Media nümayəndələri mayın 17-də, cümə günü saat 19.30-da Park Cinema Flame Towers binasında keçiriləcək mətbuat konfransına dəvət olunur. Bundan başqa, British Council Park Cinema tərəfdaşlıq ilə Azərbaycanın mədəniyyət xadimləri və mütəxəssisləri üçün seminar təşkil edəcək. Seminarın məqsədi British Council-in Bərabərlik, Müxtəliflik və İnklüzivlik siyasətinə uyğun olaraq Azərbaycanda daha əlçatan və inklüziv mədəni mərkəzlərin yaradılması üçün planı müəyyənləşdirməkdir.

British Council-ın Azərbaycandakı filialı fürsətdən istifadə edib göstərdikləri dəstəyə görə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə və Park Cinema-ya öz təşəkkürünü bildirir. Britaniya Film Baharı festivalının tam cədvəli aşağıdakı səhifədə verilir. Bütün nümayişləri Azərbaycan Respublikasının Bakı şəhəri, M. Hüseyn küçəsi 1 ünvanındakı Park Cinema Flame Towers (Alov Qüllələri) binasında keçiriləcək.

Filmin Adı Həftənin günü Vaxt Tarix Zal
Favorit Cümə 19.00 17 may Zallar 3 və 5
Bulanıq Sular Şənbə 19.00 18 may Zal 5
Kolet Bazar 19.00 19 may Zal 5
Xoşbəxt Şahzadə Bazar Ertəsi 19.00 20 may Zal 5
İtaətsizlik Çərşənbə Axşamı 19.00 21 may Zal 5
Çesil Sahilində Çərşənbə 19.00 22 may Zal 5
Xoşbəxt Şahzadə (təkrar) Cümə Axşamı 19.00 23 may Zal 5
Boyun Əy Cümə 19.00 24 may Zal 5

Mediapress.az