\
26 Aprel 2024 - Cümə

Azerbaijan Fashion Week 9-cu mövsümün ikinci gün - FOTOLAR

Azerbaijan Fashion Week  9-cu mövsümün ikinci gün - FOTOLAR
1761baxış

Mediapress.az xəbər verir ki, mayın 2-də, Daş salnamə Muzeyində Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 9-cu mövsümünün nümayişlərinin ikinci günü sona yetdi. İkinci gün çərçivəsində Azərbaycan, Qazaxıstan, Tacikistan və Türkiyə dizaynerlərinin kolleksiyalarından ibarət doqquz nümayiş sərgiləndi.

Azərbaycan Moda Həftəsi nümayişlərinin ikinci günü, Azərbaycan dizayneri Aynur Əliyevanın kolleksiyasının nümayişiylə açıldı. Aynoor markası, geniş əhatəliliyi epik saundtreklə vurğulanmış, çox yaxşı düşünülmüş kolleksiya göstərdi. Cəlallı yubkaların üstündən geyinilmiş qurşaqlanmış pencəklər kolleksiyanın baş qəhrəmanları oldu.

Üç Qazaxıstan markası uşaq nümayişləri bloku çərçivəsində öz yeni kolleksiyalarını təqdim etdi. Həftənin 9-cu mövsümünü böyüklər üçün kolleksiyasıyla açmış Alex Chzhen, A.Sain və Aida Yeskazina əyani nümayiş etdilər ki, ən erkən yaşdan dəbdə olan axınların pərəstişkarı olmaq olar. Azerbaijan Fashion Week nümayişlərinin uşaq blokunda, xüsusi olaraq iştirak etmək üçün Qazaxıstandan Bakıya gənc modellər gəldi.

İlk peşəkar Azərbaycanlı modelyer-rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın kolleksiyası nümayişlərin ikinci gününü davam etdi. Kolleksiyada, yenidən dizaynerin orijinal xəyalları və etnik motivlərin birləşməsi yer almışdır. Nümayiş, əl işi aksessuarları yaradan Fargana's Style markasıyla birgə əməkdaşlıqda keçirildi.

Ən vacib bayram tədbirlərinə geyiniləcək, parlaq elementlərlə süslənmiş, həcmli bal donları Arunaz Couture Qazaxıstan markası tərəfindən təqdim edilmişdi. Bu kolleksiyanı başqalarından fərqləndirən xüsusiyyət, ambre - rənglərin keçidi texnikasıdır ki, markanın dizayneri tərəfindən məharətlə istifadə edilmişdir.

Əl işi axşam geyimlərini yaradan daha bir atelye, amma bu dəfə Rusiyadan – Embr Atelier, qonaqları ən zərif əl naxışı tikişiylə məftun etdi – bu, mahir dərzilərin saatlarca uzanan zəhmətli işinin nəticəsidir. Nümayişin final hissəsində qonaqlara Embr Atelier tərəfindən təqdim olunmuş toy donları xətti nümayiş etdirildi və zalda oturan bir çox zərif cinsin nümayəndələrinin gözlərinin parıltısına əsasən demək olardı ki, onlardan hər biri, xəyalən bu geyimləri öz üzərinə ölçürdü.

Tajikistan Fashion Week ilə əməkdaşlıq nəticəsində, bu il ilk dəfə, Azərbaycanda tacik dizaynerlərinin işləri təqdim edilmişdir. Saç üzrə top tacik stilistin nümayişi belələrindən birincisi oldu. Alan Volovikis özündə yeni istedad kəşf edərək, artıq, həmçinin geyim dizaynıyla məşğul olur. Əsasən qara rəngli geyimlərdə, parçaların qarışdırılması, fənər-qollar, plisse yubkalar,

"Çikaqo" müzikli stilində saçaq və s. elementlərdən fəal istifadə edilmiş kolleksiya Bakı tamaşaçısının ürəyincə oldu.

Subliminal Aurora – türk dizayneri Güler Baysalın, nümayişlərin ikinci gününü bağlayan yeni kolleksiyası məhz belə adlanır. Qotika əhval-ruhiyyəsi, aysız zülmət gecə rəngli möhtəşəm axşam geyimləriylə vurğulanmışdı. Nümayişin ikinci hissəsində qonaqlara, sanki in-yan prinsipinə sadiq qalaraq, təmtəraqda əsla geri qalmayan, sirf ağ rəngli geyimlər təqdim edilmişdi.

Nümayişlərin ikinci günü Atelier Vivanda restoranında, Most Agency ilə birgə əməkdaşlıqla təşkil edilən şən afterparty ilə sona yetdi.

Mayın 3-də, Azerbaijan Fashion Week öz işini davam etdi, və öz qonaqlarını Azərbaycan, Qazaxıstan, Rusiya və Tacikistan dizaynerlərinin kolleksiyalarıyla tanış edib –

Noora, Tamara Lamanukaeva, Fara Azim, Gunel Hassanova və Zherebtsov