\
20 Aprel 2024 - Şənbə

“Ey Azərbaycanım” adlı konsert proqramı keçiriləcək - 10 May

“Ey Azərbaycanım” adlı konsert proqramı keçiriləcək - 10 May
1128baxış

Sosial aksiyalar, maarifləndirici layihələr, yetişən nəsillərdə sənətə sevgi aşılayan rəngarəng proqramlarla tamaşaçılarının görüşünə gələn Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı istedadlı uşaq və yeniyetmələrin iştirakı ilə növbəti konsertinə hazırlaşır.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüsəmovanın Mediapress.az-a verdiyi məlumata görə, mayın 10-da (saat 17.00) Dənizkənarı Milli Parkda teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının iştirakı ilə “Ey Azərbaycanım” adlı açıq hava konserti keçiriləcək. Dənizkənarı Bulvar İdarəsi ilə teatrın birgə təşkil etdiyi konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər. Onu da qeyd edək ki, bu konsert teatrın Dənizkənarı Bulvar İdarəsi ilə reallaşdırdığı növbəti konsert proqramıdır.