\
20 May 2019 - Bazar ertəsi

Azerbaijan Fashion Week 9-cu mövsümün – Üçüncü günü - FOTOLAR

Azerbaijan Fashion Week  9-cu mövsümün – Üçüncü günü - FOTOLAR
184baxış

Mediapress.az xəbər verir ki, mayın 3-də, Daş salnamə Muzeyində Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 9-cu mövsümünün nümayişlərinin sonuncu günü keçirildi. Üçüncü gün çərçivəsində Azərbaycan, Qazaxıstan və Tacikistan dizaynerlərinin kolleksiyalarından ibarət altı nümayiş sərgiləndi.

İlk olaraq, təşrif buyurmuş qonaqlara Qazaxıstanlı dizayner Tamara Lamanukaevanın kolleksiyası təqdim edildi. Nümayiş, artıq bir neçə ildir ki, dizaynerlə dostluq edən, Qazaxstanlı müğənni Lorenin canlı ifasıyla açıldı. Tamaranın özünün də etiraf etdiyi kimi, bu kolleksiya onun üçün bir növ sınaq oldu. Dizaynerin yaradıcılığıyla tanış olan tamaşaçılar bilir ki, Tamara əsasən qara rəngli geyim dəstələri yaratmağa üstünlük verir, lakin onun sonuncu kolleksiyasında çəhrayı, bənövşəyi və başqa pastel çalarlar üstünlük təşkil edirdi. Sirr ondadır ki, Tamara öz yeni kolleksiyasına, uşaq look-ları yaratmaqla başladı, sonra da, onun böyüklər üçün yaratdığı obrazlar vahid stildə yerinə yetirilmiş obrazlarla davam etdi. Geyimlərin rənginə uyğun seçilmiş, əl ilə işlənmiş iri muncuq dənələri kolleksiyaya xüsusi dəbdəbə qatırdı.

Tacikistanlı dizayner Fara Azim Azerbaijan Fashion Week podiumunda, İntibah dövründən, və xüsusi olaraq da, XIII-XVIII əsrlərdə, dəfələrlə Florensiyanın hökmdarı olmuş Mediçi ailəsi nümayəndələrindən ilhamlanan kolleksiyasını təqdim etdi. Dizayner həm o dövrün yüksək cəmiyyətindən olan qadınların, həm də eyni vaxt aralığında olan hərbi sinif nümayəndələrinin geyimlərinin elementlərini müasir şəkildə təqdim etdi. Məsələn, əl işi pilək tikmə ilə bəzənmiş "zirehli geyim" kolleksiyada tez-tez rast gəlinən elementlərdən biri oldu, ümumən, geyimlərin əksəriyyəti couture anlayışının aşkar təzahürü idi.

Bir gün öncə öz kutyur kolleksiyasını təqdim etmiş Qazaxıstan markası Arunaz, nümayişlərin son günündə qonaqları pret-a-porter kolleksiyası ilə tanış etdi. Kolleksiya çox istiqamətli alındı, plisse edilmiş detallar və assimetrik biçimli qadın obrazlarının bolluğu, kişilik və güc nişanəsi olan, vurğulanmış çiyin xəttli geyimlərlə sıralanırdı.

Azerbaijan Fashion Week moda həftəsində öz işlərini təqdim edən bütün dizaynerlərin arasında Azərbaycan dizayneri Noora xüsusi fərqlənir – onun bir çox işi, tamamiylə digərlərinə bənzəmir. Bu dəfə yenidən AFW həftəsinin qonaqlarını anderqraund obrazlar, oversayz xudi, və işçi uniformasına bənzər geyimlər gözləyirdi. The M.O.S.T jurnalının xüsusi layihələr üzrə redaktoru Elçin Əmirovun və Dəbz brendinin yaradıcısı, dizayner Elnarə de Birbuet-in model qismində nümayişdə iştirak etmək üçün dəvət edilməsi, zənnimizcə, nümayişə xüsusi bəzək qatmışdır.

Azərbaycan markası Hasanova geyimləri ilə gecəyə bir az da qadın zərifliyi qatdı. Çiçək naxışlı tikiş, floristik printlər və pilək tikmələr kolleksiyanın baş qəhrəmanları oldu. Bu kolleksiyada həm gündəlik, həm də təmtəraqlı tədbirlərə geyinilə biləcək geyimlər təqdim edilmişdi.

Azerbaijan Fashion Week həftəsinin növbəti mövsümünü bağlamaq şərəfinə yenidən Qazaxıstanlı dizayner Leonid Jerebtsov layiq görüldü. Bilərək ki, bu dizayner necə diqqətlə öz nümayişlərində xüsusi atmosfer yarada bilir, tamaşaçılar bu dəfə də, səbirsizliklə, tovlanmış tamaşaçını belə, təəccübləndirə biləcək çıxış gözləyirdi. Gözləmə hissi, hətta beynəlxalq səviyyədə də hiss olunurdu, axı ilk dəfə olaraq, müəllif öz yeni kolleksiyasını öncə Azərbaycanda, sonra isə, öz vətənində göstərməyə qərar verdi. Zherebtsov markasının yeni kolleksiyası plastik cərrahiyyə əməliyyatları qurbanlarına həsr edilmişdi. Nümayişdə iştirak edən modellər sanki elə indicə üz dartınması və ya rinoplastika əməliyyatından sonra podiuma çıxmış kimi görsənirdilər. Yeri gəlmişkən, bu kolleksiyanı Azərbaycanla bağlayan daha bir fakt odur ki, kolleksiya üçün printlər Bakılı gənc rəssam, Əhməd Nəbiyev tərəfindən yaradılmışdı.

Azerbaijan Fashion Week moda həftəsinin 9-cu mövsümünün son günü Elektra Hall-da, Azərbaycanda Lexus avtomobillərinin rəsmi distribyutoru - ISR Auto şirkəti ilə birgə əməkdaşlıqla təşkil edilən, genişmiqyaslı afterparty ilə sona yetdi.

Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 9-cu mövsümü, noyabr ayında 10-cu, yubiley mövsümü çərçivəsində, yenidən qayıtmaq ümidi ilə, öz işini bitirdi.