\
29 Mart 2024 - Cümə

Bakı Uşaq Teatrı Nəsimiyə həsr olunmuş tamaşa ilə Dərbənd qalasında

Bakı Uşaq Teatrı Nəsimiyə həsr olunmuş tamaşa ilə Dərbənd qalasında
1730baxış

Mediapress.az xəbər verir ki,  Bakı Uşaq Teatrı Nəsimi ilinə töfhələr verməyə davam edir. “

Nəsimi ili-Nəsimi dili” festivalının ardınca teatrda Nəsimi poeziyasının nümunələrindən ibarət    tamaşa- kompozisiya hazırlanıb.

Kompozisiyanın quruluşçu rejissoru teatrın bədii rəhbəri-direktoru, respublikanın əməkdar artisti İntiqam Soltan, iştirakçılar teatrın  əməkdaşlarıdır.

İyunun 10-da “Nəsimi ili-Nəsimi dili” kompozisiyası Dərbənd şəhərində nümayiş  olunacaq.

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı ilə əməkdaşlıqda baş tutacaq tədbirdə Bakı Uşaq Teatrı ilə yanaşı, həmin teatrın da Nəsimi yaradıcılığına müraciət edərək hazırladığı müsiqili nömrələr nümayiş olunacaq.

Nəsimininn 650 illiyi münasibətilə bu şəhərdə tədbirin təşkil olunmasında 

Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əskərovun xüsusi əməyi var. 

Tamaşa-kompozisiyanın Dərbənd Qalası divarları ətrafında təqdimatı nəzərdə tutulub.