\
19 Aprel 2024 - Cümə

Bakıda “Qaraj” Muzeyi və MDB ölkələrinin əsas mədəniyyət müəssisələri ilə birgə İkinci Garage Screen Film Festivalı keçiriləcək

Bakıda “Qaraj” Muzeyi və MDB ölkələrinin əsas mədəniyyət müəssisələri ilə birgə İkinci Garage Screen Film Festivalı keçiriləcək
1705baxış

Bu ilki festivalın tərəfdaşları YARAT Müasir İncəsənət Məkanı və Nizami Kino Mərkəzidir. Nümayişlər həmin məkanlarda keçiriləcək. YARAT Mərkəzində başverən bütün nümayişlər pulsuz olacaq və yalnız telefon vasitəsilə əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Mediapress.az xəbər verir ki, bu il, müasir incəsənətlə bağlılığı olan müxtəlif strategiyalar və onunla əlaqədar estetik tətbiqlər haqqında yeddi film nümayiş olunacaq.

Proqrama – Moskva konseptualizminin əsas fiqurları olan İlya və Emiliya Kabakovlar haqqında Anton Jelnovun çəkdiyi "Yazıq adamlar. Kabakovlar" sənədli filmi; tamaşaçını Nyu-Yorkun 1970–1980-ci illərinin cəsənət mühitinə qərq edən Sara Drayverin “Baskiya: Reallığın partlayışı” filmi; Hizer Lentsin ən məşhur müasir rəssamın “qalaktikası” haqqında “Kusama: Sonsuzdünyalar” hekayəsi; Eddi Martinin strit-art ulduzu Entoni Listerin həyatından çəkdiyi “Listerləritanıyırsınız?” filmi daxildir.

Rəssamlar haqqında filmlərlə yanaşı proqram çərçivəsində 2018-ci ilin ən parlaq debütləri, məşhur feminist komiksi əsasında çəkilmiş "Tropikvirusu", yeniyetmələr haqqında "Başlanğıc" və "Madlen Madlen" ekran əsərləri nümayiş olunacaq.

PROQRAM:

YARAT Müasir İncəsənət Mərkəzi

4 iyun (Çərşənbəaxşamı), 19:30 - “Baskiya: Reallığınpartlayışı”

11 iyun (Çərşənbəaxşamı), 19:30 - "Tropikvirusu"

18 iyun (Çərşənbəaxşamı), 19:30 - “Kusama: Sonsuzdünyalar”

Nizami KinoMərkəzi

6 iyun (Cüməaxşamı), 19:30 - "Başlanğıc"

13 iyun (Cüməaxşamı), 19:30 - "Yazıqadamlar. Kabakovlar"

20 iyun (Cüməaxşamı), 19:30 - "MadlenMadlen"

25 iyun (Çərşənbəaxşamı), 19:30 - “Listerləritanıyırsınız?