\
24 Aprel 2024 - Çərşənbə

Mədəniyyət naziri Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb

Mədəniyyət naziri Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
1749baxış

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında 150-dən çox ölkədən yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların nümayəndələri  iştirak edir.

İyulun 3-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstan Respublikası Baş nazirinin müavini Gülşarə Abdıkalıkova ilə görüşdü.

Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti və bu istiqamətdə dövlətin əsas prioritetləri haqqında məlumat verdi. Azərbaycanın zəngin mədəni irsinin qorunması, təbliği sahəsində gerçəkləşdirilən tədbirlərin önəmini qeyd etdi.

İki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğuladı. Mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd edildi.

Əbülfəs Qarayev Qazaxıstan tərəfini bu ilin noyabr ayında ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatı ilə birgə keçiriləcək tədbirdə fəal iştiraka dəvət etdi.

Gülşarə Abdıkalıkova Azərbaycanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğuladı. Həmçinin ölkəsinin ərazisində yerləşən mədəni irs nümunələrinin qorunması və tanıdılması ilə bağlı UNESKO ilə daha sıx əlaqələrin inkişafına çalışdıqlarını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Mediapress.az

  •