\
25 Aprel 2024 - Cümə axşamı

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir - FOTOLAR

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir - FOTOLAR
1910baxış
Mediapress.az Türkiyənin Amasiya şəhərində Qaradəniz Teatrlar Birliyinin və Amasiya Universtitetinin təşkilatçılığı ilə 7.Tiyatro Köyü Eğitim Kampı adlı tədbir keçirilir. Təlim düşərgəsində Türkiyənin hər yerindən 30-dan çox teatrı əhatə edən 150-ə yaxın iştirakçı var. Geniş teatr bayramı formatında gerçəkləşən düşərgədə iştirakçılar 8 müxtəlif istiqamətdə teatr təlimləri alırlar. Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan bu düşərgədə uşaq tamaşalarının hazırlanması ilə bağlı, teatrın ədəbi-hissə müdiri Arzu Soltan isə Forum teatrı ilə bağlı təlimlər verir. Teatrın aktyoru Rauf Hüseynli də assissent olaraq yaradıcılıq emalatxanalarında iştirak edir. Azərbaycan Dövlət Gəncə Kukla Teatrının heyəti də öz tamaşaları və kukla hazırlamaq və oynatmaqla bağlı təlimləri ilə Amasiyadadırlar. İyulun 4-də geniş teatr yürüşü ilə başlayan düşərgə ayın 7-ə qədər davam edəcək. Amasiya Bələdiyyə Başkanlığının dəstəyi ilə keçirilən tədbir günlərində iştirakçılar şəhərdə muzeyləri və başqa mədəniyyət ocaqlarını ödənişsiz ziyarət edirlər.