\
18 Aprel 2024 - Cümə axşamı

Parisdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub - FOTO

Parisdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub - FOTO
1744baxış

Fransanın paytaxtı Paris şəhərində "Ailə, Məhəbbət və Vəfa" gününə həsr edilmiş konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. 

"Report"un Fransa bürosu xəbər verir ki, Rus Ortodoks Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsertdə azərbaycanlı pianoçu Səidə Zülfüqarova Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Fazıl Say, Çaykovskinin əsərlərini ifa edib. Onun ifasında dahi bəstəkarlarımızın əsərləri böyük alqışlarla qarşılanıb.

Konsertdə həmçinin tanınmış musiqiçilərdən Rusiyanın əməkdar artisti, rəqqasə Svetlana Panova, skipkaçı, beynəlxalq müsabiqələr qalibi Aleksandr Berlin, pianoçu, dirijor Aleksandr Dmitriev iştirak ediblər.

Mediapress.az