\
24 Aprel 2024 - Çərşənbə

Paytaxtda tarixi bina sökülür – Nazirlikdən açıqlama

Paytaxtda tarixi bina sökülür – Nazirlikdən açıqlama
1740baxış

Paytaxtın Yasamal rayonu Mirzə ağa Əliyev küçəsi 150 ünvanında 1890-cı ildə inşa edilmiş tarixi bina sökülür.

Bu iddianı tanınmış iqtisadçı Natiq Cəfərli qeyd edib. O bildirib ki, binada söküntü işlərinə vətəndaşlarla razılıq əldə edilmədən başlanılıb.

Məsələyə münasibət bildirən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov saytımıza açıqlamasında sözügedən yaşayış binasının dövlət tərəfindən qorunan abidələr siyahısında olmadığını bildirib. (axar)

Mediapress.az