\
29 Mart 2024 - Cümə

“Park Cinema Metropark”da super-endirimlər: kinoya bilet – indi 3,30 AZN-ə!

“Park Cinema Metropark”da super-endirimlər: kinoya bilet – indi 3,30 AZN-ə!
1094baxış

Mediapress.az xəbər verir ki, həftənin I, II və III günləri kinoya bilet 3,30 manata almaq olar. “Park Cinema” kinoteatrlar şəbəkəsi “Park Cinema Metropark”da super-endirimli günləri elan edir! Hər həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günlərdə kinoya bileti 3,30 AZN-dən başlayan qiymətlərlə əldə etmək olar. 2D seansa bilet 3,30 AZN, 3D seansa – 4,30 AZN, “Dolby Atmos” zalına isə 5,30 AZN-ə bərabər olacaq. Artıq bu gündən başlayaraq, bu qiymətlərlə “Park Cinema Metropark”da son reytinqlərə görə, dünyanın ən baxımlı filmi, “Disney” studiyasının “Kral Şir” filminə baxmaq olar. “Artıq bir neçə ildir ki, şəbəkəmizdə “Super Gün” aksiyası keçirilir. Bu aksiyanın çərçivəsində hər çərşənbə axşamı biltləri zallarımızın əksəriyyətinə 50%-lik endirimlə əldə etmək olar. Bu aksiya bütün kinoteatrlarımızda etibarlı qalmaqla yanaşı, “Park Cinema Metropark”da bu aksiya hər həftənin ilk üç günündə, yəni daha geniş şəkildə reallaşacaq”, - “Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev deyə bildirib. Fətəliyev həmçinin bildirib ki, şənbə günü “Metropark”da baş vermiş yanğınla bağlı gerçəkləşən təmir-bərpa işlərinə baxmayaraq, “Park Cinema Metropark” kinoteatrının iş rejimində heç bir dəyişiklik olmayacaq: “Kinoteatrımız öz fəaliyyətinə davam edir, 3 gün ərzində giriş “parkinq” tərəfindən təşkil olunacaq”. Biletləri şəbəkənin saytından (https://parkcinema.az/). iOS və ya “Android” üçün mobil tətbiqindən, 0125987414 və ya 119 ödənişli nömrələrinə zəng vuraraq və ya “Park Cinema Metropark” kinoteatrının kassasına yaxınlaşaraq əldə etmək olar.