\
16 Sentyabr 2019 - Bazar ertəsi

Həsən Cəbrayılov vəfat etdi

Həsən Cəbrayılov vəfat etdi
1156baxış
Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.
 
Mediapress.az APA-ya istinadən xəbər verir ki, 1949-cu il təvəllüdlü H. Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub.
 
Həsən Cəbrayılov Bakıdakı Pirşağı qəbiristanlığında dəfn olunacaq.
 
Bu barədə mərhumun dostu, musiqiçi Abbasqulu Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, H. Cəbrayılov 4 gün əvvəl işdən evə gedən zaman yolda infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Əməliyyatı edən həkim bildirib ki, Həsən Cəbrayılov özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib. Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək. 
 
Qeyd edək ki, mərhum «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-də (AZTV) çalışırdı.