\
21 Oktyabr 2019 - Bazar ertəsi

"Salaam Cinema Baku”nun yerləşdiyi bina “Memarlıq abidələri” siyahısına daxil edilib

"Salaam Cinema Baku”nun yerləşdiyi bina “Memarlıq abidələri” siyahısına daxil edilib
588baxış

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

Qərarı Baş Nazir Novruz Məmmədovimzalayıb.

Qərarla “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nın “Memarlıq abidələri” bölməsinə aşağıdakı ünvanlarda yerləşən binalar da daxil edilib:

İbadət evi, S.Rüstəm küçəsi, 10, 1913-cü il;

Məscid, R.Rza küçəsi (34) ilə H.Aslanov küçəsinin (85) kəsişməsi.

Mədəniyyət Nazirliyinə aidiyyəti qurumlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 10 ünvanında yerləşən və “Malakanların evi” kimi tanınan tarixi bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. “Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.