\
19 Mart 2024 - Çərşənbə axşamı

Bakı Uşaq Teatrı mövsümü açıq elan edir

Bakı Uşaq Teatrı mövsümü açıq elan edir
1768baxış

Bakı Uşaq Teatrı  21 sentyabrda  yeni mövsümə start verəcək  Açılışda  teatrın repertuarında yeni olan “Sehirli Tütək” tamaşası nümayiş olunacaq.

Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun ssenariləşdirdiyi, İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada rolları Rauf Hüseynli, Mehman Piriyev, Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Turə Qasımlı, Gülnarə Abbasova,  Emin Balayev,  Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkar Mahir İbrahimlidir. Tamaşanın müddəti 1 saatdır.

Açılış mərasimi  21 sentyabr saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.

Əziz teatrsevərlər, Sizləri teatr bayramımıza dəvət edirik!

Mediapress.az