\
1 Iyun 2020 - Bazar ertəsi

“İçərişəhər” DTMQ İdarəsi “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecə keçirdi

“İçərişəhər” DTMQ İdarəsi “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecə keçirdi
1256baxış

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2019-cu il görkəmli şair və filosof İmadəddin Nəsimi ilinin elan edilməsi ilə əlaqədar “İçərişəhər” DTMQ İdarəsi silsilə tədbirlər həyata keçirməkdədir.

İdarənin 22.09.2019-cü il tarixində Qala Qoruğu ərazisindəki Etno evdə təşkil etdiyi “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı ədəbi-bədii gecəsi belə möhtəşəm tədbirlər sırasına daxil oldu. Tədbiri giriş sözü ilə acan İdarənin mətbuat katibi Rahib Azəri bütün bəşəriyyəti öz yaradıcılığı ilə əsərlərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına nəzər saldı.
Daha sonra gecəyə dəvət edilən sufi və təsəvvüf fəlsəfəsinin davamçısı, ney və pianonun mahir ifaçısı, səma rəqsləri qrupunun rəhbəri Hakan Mengüc haqda iştirakçılara məlumat verdi. Məşhur ifaçının bir-birindən gözəl musiqiləri gecəyə xüsusi gözəllik və rəng qatdı
Gecənin sonunda pop, caz və xalq mahnılarının mahir ifaçısı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva pianoda Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını canlı ifa etdi.

İçərişəhər DTMQ İdarəsinin mətbuat xidməti