\
28 Mart 2024 - Cümə axşamı

Dosent Vüqar Zifəroğlu "Sirr" kitabının imza gününü keçirəcək - 29.09.2019

Dosent Vüqar Zifəroğlu "Sirr" kitabının imza gününü keçirəcək - 29.09.2019
1088baxış

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Yarmarkanın məqsədi nəşriyyat-poliqrafiya müəssisələrinin, kitab evləri və s. aidiyyəti qurumların sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanını qazandırmaqdır.  Həmçinin yazıçılar, müəlliflər kitabları üçün imza günü keçirə biləcəklər.

Mediapress.az xəbər verir ki, belə müəlliflərdən biri də Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğludur. O,  29.09.2019-cu il, saat 12:00-da “Aznetf”dəki “Əl oyunları Sarayı”nda “Sirr” adlı kitabının imza gününü keçirəcək.

Giriş sərbəstdir.