\
29 Mart 2024 - Cümə

Məşhur pianoçu Bakıya gəlir

Məşhur pianoçu Bakıya gəlir
1871baxış

Dünyanın ən sürətli pianoçusu kimi tanınan məşhur Peter Bence Bakıda konsert verəcək.

Mediapress.az xəbər verir ki, konsert 22 noyabrda Bakı Konqres Mərkəzində baş tutacaq. 

 Pianoçu "Dünya turu" adlı proqramı çərçivəsində ən məşhur əsərlərini tamaşaçılara təqdim edəcək. Peter Bence öz mükəmməl ifası və heyrətamiz bacarığı ilə dinləyicilərə musiqi bayramı yaşadacaq. Musiqili gecə əyləncəli olduğu qədər də unudulmaz keçəcək.

 Azərbaycanın əməkdar artisti, tar ifaçı Şəhriyar İmanov konsertin xüsusi qonağı olacaq.

 Biletləri şəhərin kassalarından, Asan xidmət mərkəzlərindən, 28 Mall, Gənclik Mall, Park Bulvar ticarət mərkəzlərindən - İticket.az http://bit.ly/2PoVZEL  saytından əldə edə bilərsiniz.