\
20 Aprel 2024 - Şənbə

“Haqq mənəm, haqq məndədir” “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq

“Haqq mənəm, haqq məndədir”  “Nəsimi ili” çərçivəsində daha bir konsert olacaq
1167baxış
Ölkəmizdə elan olunan “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir.
Mediapress.az xəbər verir ki, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” ansamblının da böyük Azərbaycan şairinin 650 illik yubileyinə öz töhfəsi var. “Dədə Qorqud” ansamblı oktyabrın 23-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində “Haqq mənəm, haqq məndədir” adlı musiqili, ədəbi-bədii gecə təşkil edəcək. Folklor İnstitutunun və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan bu tədbirin ideya müəllifi “Dədə Qorqud” ansamblının rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova və “Dədə Qorqud” ansamblının digər üzvlərinin ifaları səslənəcək.