\
18 Aprel 2024 - Cümə axşamı

Beynəlxalq Skampa festivalının direktoru və bədii rəhbəri Akademik Musiqili Teatra təşəkkür etdi

Beynəlxalq Skampa festivalının direktoru və bədii rəhbəri Akademik Musiqili Teatra təşəkkür etdi
1673baxış

Bu yaxınlarda Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa – 2019” Beynəlxalq Modern Teatr Festivalından uğurla qayıdan Azərbaycan Dövlət Akademik Musiqili Teatrına həmin festivalın direktoru və bədii rəhbəri Adonis Filipi tərəfindən təşəkkür məktubu ünvanlanıb.

Mediapress.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, sizin "21-ci Skampa" Beynəlxalq Teatr Festivalında iştirakınız çox xoş idi və təqdim etdiyiniz “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) tamaşasına görə yaradıcı kollektivinizə minnətdarlığımızı bildiririk. Dünya şöhrətli belə bir əsərin fərqli yozumu, sərgilədiyiniz özünəməxsus konsepsiyanız və aktyorlarınızın peşəkar səhnə məharəti göstərdiyiniz tamaşanı dah da maraqlı və baxımlı etdi.”

Təşəkkür məktubunda daha sonra qeyd olunur: “Azərbaycanın teatr mədəniyyətini Albaniyada da belə bir möhtəşəm festivalda görmək mənim reallaşdırmaq istədiyim çoxdankı arzum idi. Bu layihədə yüksək səviyyədə iştirakınıza görə bir daha sizə minnətdarlığımızı bildiririk, Skampa festivalının qapıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün hər zaman açıq olacaq.”