\
22 Noyabr 2019 - Cümə

“Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək

“Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək
563baxış

Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il noyabrın 7-də saat 12:00-da “Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu  keçiriləcəkdir.

Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Xatırladaq ki, cari ilin 21 may tarixində “Auction Baku” MMC tərəfindən  Azərbaycanda ilk dəfə keçirilən auksion ictimaiyyətdə böyük maraq yaratmış və Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivləri nəzərə alınaraq yenidən keçirilməsi qərara alınmışdır. 

Hərrac incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu nəzərdə tutur.

Qeyd edək ki, alıcılar hərraca çıxarılan 11 lot üzrə mübarizə aparacaqlar. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyeva “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, “Payızda-Yaz”,  Namiq Məmmədov “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əli “Karvan” və İlham Mirzəyevin “Antik Büst-Qızılı Fonda” əsəri hərraca çıxarılacaq. Auksionda iştirak etmək üçün dəvətnamə tələb olunur.