\
25 Aprel 2024 - Cümə axşamı

Frankfurt birjasında azalma baş verib

Frankfurt birjasında azalma baş verib
1796baxış

Frankfurt Fond Birjasının başlıca indexsi olan, Almaniyanın 30 ən iri şirkətini ehtiva edən DAX indeksi bugünkü hərracın əvvəlində 1,66 faiz azalaraq 11.888,5 bəndə enib.

Bu azalmaya təkan verən amil ABŞ Prezidenti Donald Trampın səslərin hesablanması ilə bağlı Ali Məhkəməyə müraciət etmək niyyətini açıqlaması olub. Bu da əmanətçilərdə çaşqınlıq yaradıb.

“Handelsblatt” xəbər verir ki, hərrac iştirakçıları daha çox texnoloji şirkətlərin səhmlərinə maraq göstərir ki, bu da “TecDAX” indeksinin sabitliyində özünü göstərir.

Xatırladaq ki, ABŞ-da dünən keçirilən seçkilərdə Respublikaçılar Partiyasının nümayəndəsi, hazırkı dövlət başçısı Donald Tramp və Demokrat Partiyasının namizədi, sabiq vise-prezident Co Bayden prezident kürsüsü uğrunda yarışırlar.