\
28 Mart 2024 - Cümə axşamı

Azərbaycan neftinin qiyməti 52 dolları keçib

Azərbaycan neftinin qiyməti 52 dolları keçib
1595baxış

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları və yaxud 1,36 % artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 52,19 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.