\
23 Aprel 2024 - Çərşənbə axşamı

"İlham Əliyevin ”Qarabağ – Azərbaycandır və nida işarəsi” deməsindən Ermənistan nəticə çıxarmalı idi"

"İlham Əliyevin ”Qarabağ – Azərbaycandır və nida işarəsi” deməsindən Ermənistan nəticə çıxarmalı idi"
1169baxış
Dahi Rəhbırimiz, Ulu Öndər Heydər Əliyev siyasi kursunun laiqli davamçısı ali baş komandan İlham Əliyevin son illərdə yürütdüyü siyasət nəticəsində Azərbaycan xalqı mənfur düşmən üzərində layiqli zəfər çaldı. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışında ” Qarabağ – Azərbaycandır. Və nida işarəsi” deyərək açıq bəyanatından Ermənistanın səriştəsiz rəhbərliyi nəticə çıxarmalı idi. 
 
Bəli, bir an olsun belə, "Qarabağ Azərbaycandır!” haqq nidasından vaz keçmədik, müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsərək atacağımıza adımız kimi əmin olduq. Sülh yolu ilə mümkün olmasa, Qarabağımızın işğaldan azad edilməsi, vətənimizin bütövlüyü uğrunda son damla qanımıza qədər vuruşaraq qələbə qazanacağımıza Azərbaycan xalqının qürur zirvəsi Şəhidlər xiyabanında and içdik. 
 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində qələbə sevincimizi qeyd etdik. 
 
Əzmkar sərkərdəmiz bir həmlədəcə düşmənin belini sındırdı, onu diz çökməyə məcbur etdi. Sülh üçün yalvarmaq məcburiyyətinə məhkum elədi. 
 
Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə dünyaya sübut etdi ki, bir qarış da olsun torpağımız işğalda qalmayacaq. Noyabrın 10-da Ermənistanın rəsmən təslim olması da bunu təsdiqlədi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. 
 
Ali baş komandanımız Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də Azərbaycan iqtisadiyyatının gələcək tərəqqisinə əlverişli zəmin hazırladı. 30 il ərzində erməni terrorçuları işğal etdikləri ərazilərimizi - kənd və qəsəbələrimizi, böyük şəhərlərimizi viran qoyublar, infrastrukturu, evləri dağıdıblar, təbii sərvətlərimizi talan ediblər. İşğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 900-ə yaxın kənd, 700-dən çox xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi, 150 min yaşayış evi və mənzil, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələri məhv edilib. Bu ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları ziyan çəkib. 
 
 
Azərbaycan konvergent zona sayılsa da qədim tavalar üzərində yerləşdiyindən, torpağın alt qatları çox zəngindir. Xüsusilə Qarabağ ərazisində çoxlu polimetal ehtiyyatlar, 155 növdə filiz, ''İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi”nin açıqladığı məlumatlara əsasən təqribi miqdarı 132,4 ton olan 6 növ qızıl, 5 növ civə, 2 növ sink və mis ehtiyyatları mövcuddur. Sadalanan ehtiyyatların  hər biri ayrı-ayrılıqda istər xammal kimi, istərsə də emal prosesinə cəlb olunmaqla  Azərbaycan iqtisadiyyatının sirkulyasiyasına daxil olarsa qısa zaman kəsiyində iqtisadi artımda olan fərqi görmək mümkün olacaq. 
 
Yalnızca Qızıl ehtiyatlarınızın dəyəri hasil və emal xərcləri nəzərə alınmasa 8 mld ABŞ dollarına bərabərdir.  
 
Nəzərə alınsa ki, respublikamızda mövcud olan  ümumilikdə kənd təssərrüfatına yararlı 360 min ha ərazidən  240 min hektarı işğaldan azad olunmuş ərazilərin payına düşür, geri qaytarılan ərazilərimizdə torpağın üst münbit qatının əlverişliliyindən istifadə etməklə kənd təsərrüfatını orta və uzun müddətli dövr ərzində inkişaf etdirmək olar. 
 
 Şuşa şəhəri, Kəlbəcər və Laçında turizm potensiallı və qida kimi qəbul edildikdə sağlamlıq üçün əvvəzsiz faydaları olan müxtəlif növdə mineral su ehtiyyatı mənbələrimiz var. Bu suları həm qablaşdıraraq ölkə bazarında yerli məhsulların çeşidini artırmaq, həm də xarici ölkələrə ixracını həyata keçirmək olar. Bundan əlavə olaraq həmin mineral sular qaynayan ərazilərdə turizmin inkişafını təmin etmək üçün xüsusi rekreasiya tipli turizm mərkəzlərinin tikintisini təmin etmək olar''. 
 
Qarabağda qədim fəaliyyət sahələrindən olan baramaçılıq, atçılıq və xalçaçılığı yenidən inkişaf etdirmək olar. Bu sahələrin inkişafı iqtisadiyyata töhvəsi ilə yanaşı, milli mədəniyyətimizi, qədim tariximizin təbliğinə də öz töhvəsini verəcəkdir... 
 
Qarabağ Azərbaycandır! 
 
 
Orxan Quliyev - İqtisadçı.