\
27 Aprel 2024 - Şənbə

Sürücülərin 44%-i yanacağa ay ərzində 200 manata qədər vəsait xərcləyir - Sorğu

Sürücülərin 44%-i yanacağa ay ərzində 200 manata qədər vəsait xərcləyir - Sorğu
1216baxış

“Media Təhlil Mərkəzi” tərəfindən yanacaqdan istifadə ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədi ilə 06-11 yanvar tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edən 725 respondentin 13,2%-ini qadınlar, 86,8%-ini isə kişilər təşkil edib.

Sorğu nəticələrindən məlum olub ki, respondentlərin 85,2%-i avtomobil üçün nəzərdə tutulan yanacağın keyfiyyətindən narazıdır, 14,8%-i isə razıdır.

Respondentlərin 65%-i Aİ92 markalı benzindən, 18,5%-i Aİ95 markalı benzidən, 13,4%-i dizel yanacağından, Aİ98 markalı benzindən isə cəmi 2,4%-i istifadə etdiyini bildirib. Maye qaz istifadəçilərinin faiz nisbəti isə 0,4% olub.

Sorğulananların 43,9%-i ay ərzində yanacağa 100-200 manat, 25%-i isə 100 manata qədər pul xərclədiklərini bildiriblər. Aylıq büdcəsindən yanacağa 200-300 manat ayıranların faiz nisbəti 21,1%, 300 manatdan çox pul xərcləyənlərin faiz nisbəti isə 10% olub.

Mediapress.az