\
20 Aprel 2024 - Şənbə

Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinin Ağdama səfəri başlayıb

Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinin Ağdama səfəri başlayıb
1548baxış

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.

Bu barədə səfərdə iştirak edən QHT sədrlərindən biri olan Niyaməddin Orduxanlı məlumat verib.

Onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər.

Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olacaqlar.