\
28 Noyabr 2021 - Bazar günü

Azərbaycanda 9 ayda 1 milyard manatdan çox borclanıb

Azərbaycanda 9 ayda 1 milyard manatdan çox borclanıb
1134baxış

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunub.

Mediapress.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə maliyyələşmə əməliyyatları üzrə 1 076,3 milyon manat vəsait cəlb edilib. Bunun 813,2 milyon manatı dövlət borclanması, 205 milyon manatı layihələrin maliyyələşməsi əsasında cəlb olunan kreditlər, 58,1 milyon manatı isə özəlləşmədən daxilolmalardır.