\
29 Mart 2024 - Cümə

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI
1760baxış

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 2,14 ABŞ dolları və ya 1,82% artaraq 119,39 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.