\
20 Aprel 2024 - Şənbə

Lada Priora, Lada Kalina və Lada Granta-nın istehsalı dayandı - Bu ilin iyulundan

Lada Priora, Lada Kalina və Lada Granta-nın istehsalı dayandı - Bu ilin iyulundan
1198baxış

Bu ilin yay fəslindən etibarən Rusiyanın “Avtovaz” şirkəti Lada Priora, Lada Kalina və Lada Granta avtomobillərini istehsalatdan çıxaracaq.

Mediapress.az xəbər verir ki, İnterfax-ın məlumatına görə, bu xəbəri dillerlərin açıqlamalarına əsasən "Vedomosti" yayıb.

Zavoddan dillerlərə göndərilən məktubda bildirilir ki, adıçəkilən modellər iyul ayından sonra istehsal olunmayacaq. Onların əvəzində X stilində restaylinqlər buraxılacaq.

Xatırladaq ki, Lada Kalina 2004, Priora  2007, Granta  isə 2011-ci ildən istehsal olunur. Bu ilin yazından isə Tolyattidə Granta Liftback modeli buraxılır.