\
29 Mart 2024 - Cümə

Bu il Azərbaycanda problemli kreditlər 9,55% artıb - Rəsmi məlumat

Bu il Azərbaycanda problemli kreditlər 9,55% artıb - Rəsmi məlumat
1107baxış

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi bu ilin iyun ayı  ilə müqayisədə 2,1% artıb. Ödənilməmiş kreditlərin məbləği 01 avqust  tarixinə 1 782,1 mln. manat təşkil edib. Mediapress.az Mərkəzi Banka istinadən xəbər verir ki, ilin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb.

İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib.