\
25 Aprel 2024 - Cümə axşamı

“Iteca Caspian” və “CEO” şirkətləri yeni layihələrlə

“Iteca Caspian” və “CEO” şirkətləri yeni layihələrlə
1762baxış

Mediapress.az xəbər verir ki, Azərbaycanda ticarət-sənaye sərgilərinin payız mövsümü ərəfəsində Xəzəryanı regionun nəhəng sərgi və konfrans təşkilatçıları - “Iteca Caspian LLC” və “Caspian Event Organisers” (“СЕО”) şirkətləri yeni layihəyə start veriblər. İnformasiya bülleteni formatında olan elektron qəzet Azərbaycanda keçirilən sərgi və konqres tədbirləri barədə məlumat verir, təşkilatçılar tərəfindən keçirilən və ya planlaşdırılan aksiyaları işıqlandırır və sərgilərdə iştirakın həm perspektivlərindən, həm də faydalarından bəhs edir.Təşkilatçılar sərgilərin peşəkar tərəfdaşlarını, eləcə də daimi iştirakçı və sponsorlarını salamlayır və payız mövsümündə 11 beynəlxalq tədbirin keçiriləcəyini elan edirlər. Sərgilər Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən dəstəklənir. Uzun illər ərzində “Iteca Caspian” və “CEO” şirkətlərinin həyata keçirdiyi layihələr bazarın ən iri iştirakçıları arasında populyarlıq və etimad qazanmışdır. Elektron qəzetin il ərzində iki dəfə işıq üzü görməsi planlaşdırılır.