\
20 Aprel 2024 - Şənbə

Azərbaycanda araq bahalaşdı

Azərbaycanda araq bahalaşdı
1840baxış

Ticarət şəbəkəsində yerli istehsal arağın qiyməti 5-20% artıb, lakin bəzi istehsalçıların məhsullarının qiymətində artım 40 faizə çatır.

“Araz” supermarketlər şəbəkəsinin marketinq şöbəsindən virtualaz.org-a verilən məlumata görə, eyni zamanda konyak, likyor və şərablar da bahalaşıb. Lakin sonuncu qeyd olunanlarda qiymət artımı elə də əhəmiyyətli deyil. Alkoqollu içkilərin qiymətlərinin yüksəlməsi aksizlərin bahalaşması ilə bağlıdır. Mənbə belə bildirib.

Qeyd edək ki, pivənin qiyməti dəyişməyib.

Xatırladırıq ki, iki gün öncə Azərbaycanda siqaretlər bahalaşıb. Artım orta hesabla 10-20% təşkil edib.

Mediapress.az