\
25 Aprel 2024 - Cümə axşamı

Kənd təsərrüfatı işçilərinin peşə bayramıdır - FOTOLAR

Kənd təsərrüfatı işçilərinin peşə bayramıdır - FOTOLAR
1892baxış

Bu gün kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd edirlər.

Mediapress.az-ın məlumatına görə, respublikamızda “Torpaq islahatı haqqında” qanun 1996-cı ildə qəbul olunub. Ümumxalq müzakirəsindən sonra torpaq islahatına dair dövlət proqramı və bu sahədə islahatın keçirilməsi üçün hərtərəfli hüquqi-normativ baza hazırlanıb. Bir neçə il ərzində qəbul edilən 50-dən çox fərman, qanun və digər hüquqi-normativ akt əsasında respublikamızda torpaq islahatı uğurla reallaşdırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Dövlət başçısı maldarlıq, quşçuluq və digər sahələrin inkişafı ilə bağlı da silsilə tapşırıqlar verib. Son illərdə aqrar-sənaye kompleksi də əsaslı şəkildə inkişaf edib. 2006-cı ilin iyul ayının 17-dən başlayaraq hər həftənin şənbə və bazar günlərində Bakı şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi də olduqca vacib tədbirlərdəndir.

Ümumilikdə, nümunəvi torpaq islahatı, aqrar-sənaye kompleksinin beynəlxalq təcrübə əsasında yenidən qurulması, meliorasiya və irriqasiya sisteminin köklü şəkildə inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımlardandır.

Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlığı ilə seçilir. 2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müqayisəli üstünlüklərin daha da artması hesabına onların ixracında yüksək dinamikaya nail olunub. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb.

 
1 of 5