\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

Yaxın ölkələrdə minimum maaş

Yaxın ölkələrdə minimum maaş
556baxış

Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manatdır.

Novator.az yaxın ölkələrin analoji göstəricisinə də nəzər salıb.

Rusiyada minimum əməkhaqqı 11 min 280 rubl (288 manat) müəyyən olunub.

Ukraynada minimum maaş 4173 qrivna (283 manat), Belarusda 330 Belarus rubludur (265 manat).

Qazaxıstanda minimum əməkhaqqı 42 min 500 təngə (187 manat), Özbəkistanda 223 min som (40 manat) məbləğində rəsmiləşib.

Ermənistanda minimum maaş 55 min dram (195 manat) göstərilir.

Gürcüstanda minimum əməkhaqqı göstəricisi kimi yaşayış minimumu anlayışı tətbiq olunur. Hazırda həmin göstərici 188,1 laridir (108 manat).

Mediapress.az