\
29 Mart 2024 - Cümə

3 rayonda qaz olmayacaq...

3 rayonda qaz olmayacaq...
1749baxış
Oktyabrın 29-da Zaqatala rayonu, Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 mm olan orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq. Kürdəmir rayonunda isə diametri 219 mm olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək. Bundan başqa Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.
 
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov MƏLUMAT 29.10.2019 “Azəriqaz” İstehsalat Birliyi Y. Səfərov küç. 35 AZ 1025, Azərbaycan, Bakı Tel: (99412) 521 22 25 Faks: (99412) 521 22 69 Mob: (99450) 274 27 77 E-poçt: [email protected] Veb səhifə: http://azeriqaz104.az/az Facebook: Azəriqaz İB İnstagram: @azerigas_ib