\
8 Aprel 2020 - Çərşənbə

Almaniya gəmiləri Türkiyədə təmir ediləcək - RAZILAŞMA

Almaniya gəmiləri Türkiyədə təmir ediləcək - RAZILAŞMA
3707baxış

Dünyanın ən böyük gəmi müəssisələrindən biri olan Almaniya şirkətininin gəmilərinin bir çoxu Türkiyədəki müəssisələrində təmir olunacaq.

 
Esenkıyı şirkətlər qrupunun 6 ay ərzində Almaniyanın Kolumbiya Gəmi Rəhbərliyi ilə aparılan danışıqları razılaşma ilə başa çatıb.

Esenkıyı şirkətlər qrupu adından açıqlama verən Mustafa Ay qeyd edib ki,  Türkiyə gəmiçiliyi hazırda dünya gəmi sənayesində ilk beşliyə düşüb:

“Dünya gəmi sənayesində ilk beşliyə düşən “Esenkıyı” bir çox ölkədə ofisləri olan Almaniya müəssisəsi ilə ortaq bir şirkət qurub. Alman şirkətin gəmilərinin bir çoxunun Türkiyədə olan limanlarında təmir edilməsi ilə yanaşı, yeni inşa layihələrinin əksəriyyəti də burada həyata keçiriləcək”.

Kolumbiya Gəmiçilik Qurumu İdarə Heyətinin sədri Hendriç Şöller isə öz növbəsində bildirib ki, ortaq razılaşma əldə olunan Türkiyə firmasının gəmi istismarı, təmir və gəmiqayırma sahələrində mütəxəssis quruluşa sahib olması layihələri sürətləndirəcək:

“Zamanla rəqabət aparılan bir dünyada yaşadığımız üçün müştərilərimizin ehtiyaclarını vaxtında çatdırmaq ən böyük məsuliyyətimizdir. İnanıram ki, razılaşmamız Türkiyə gəmiçiliyinin və iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”. (yenicag)

Mediapress.az