\
24 Aprel 2024 - Çərşənbə

“Azəriqaz”ın baş direktoru Regional İdarə rəhbərlərinə tapşırıqlar verib

“Azəriqaz”ın baş direktoru Regional İdarə rəhbərlərinə tapşırıqlar verib
1672baxış

Bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin sədrliyi ilə Regional qaz istismarı İdarələrinin rəhbərlərinin toplantısı keçirilib.

“Azəriqaz”dan “Mediapress.az”a verilən məlumata görə, baş direktor hava şəraitinin kəskin dəyişildiyi halda gücləndirilmiş fəaliyyətin təmin olunması ilə bağlı müvafiq tapşırıqlarını verib. Abonentləri yerlərdə narahat edən bütün məsələlərin vaxtında həllinin vacibliyi vurğulanıb. Toplantı ilə bağlı Birliyin baş direktorunun geniş müsahibəsini aşağıdakı “Youtube” səhifəsindən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=f7svg_l-1i8

Qeyd edək ki, müsahibədə sutkalıq qaza olan tələbatın artımı və bu halda tənzimləmə işləri aparılarkən təhlükəsizlik tədbirlərinin görülməsindən bəhs olunur.