\
25 Aprel 2024 - Cümə axşamı

Güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİR

Güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİR
1610baxış

Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb.

"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qızıl medala yiyələnib. 

O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.

Süleymanov mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, əvvəlcə Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanı 5:3, 1/8 finalda italiyalı Matteo Maffetsolini 7:0, 1/4 finalda yunanıstanlı Georgios Prevolarakisi 6:4 (tuşe) və yarımfinalda ermənistanlı Karapen Çalyanı 3:0 hesabı ilə yenib.

Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.