\
18 Fevral 2020 - Çərşənbə axşamı

Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Türkiyəyə səfər edib

Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Türkiyəyə səfər edib
1352baxış

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Səfərin əsas məqsədi Türkiyənin qabaqcıl universitetləri ilə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi sahəsində əməkdaşlıq, tələbə-müəllim və təcrübə mübadiləsi, ikili diplom kimi məsələlərin müzakirəsi olub.

Qeyd edək ki, görüşlər, əsasən, Türkiyənin qabaqcıl araşdırma və elmi-tədqiqat universitetlərində keçiriləcək. Qardaş ölkənin bu ali təhsil müəssisələrinin elmi təcrübələri və onların əmək bazarında əlaqələri öyrəniləcək. Bundan əlavə, Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan İstanbul Texniki Universitetinin texnoparklarının innovasiya mərkəzlərinin təcrübələri ilə yaxından tanış olunacaq.

Yaxın vaxtlarda genişmiqyaslı əməkdaşlıq müqavilələri də imzalanacaq. 

On gün davam edəcək səfər əsnasında Türkiyədə təhsil standartlarının öyrənilməsi, yeni növ kitabxanaların qurulması, sosial, innovasiya və inzibati normalarla tanışlıq məqsədilə ölkənin Ali Təhsil Şurasında da görüşlər keçiriləcək. Bu standartların gələcəkdə AzTU-da tətbiqi məsələləri müzakirə olunacaq.

Nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova müşayiət edir.(azertac)