\
18 Fevral 2020 - Çərşənbə axşamı

BŞİH mitinqə icazə vermədi

BŞİH mitinqə icazə vermədi
1355baxış

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D18 hərəkat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə baş verənlərlə bağlı metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdi.