\
18 Fevral 2020 - Çərşənbə axşamı

Dalaşan siçanların şəklini çəkən fotoqraf mükafat qazandı

Dalaşan siçanların şəklini çəkən fotoqraf mükafat qazandı
1430baxış

İngiltərəli fotoqraf Sem Rouli London metrosunda dalaşan iki siçanın şəklini çəkib. Şəkil mükafat qazanıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, siçanlar metro platformasında yemək üstündə dalaşıblar.

Şəklin müəllifi Sem Rouli İlin Təbii Həyat Fotoqrafı nominasiyası üzrə mükafata layiq görülüb.

Fotoqraf bu şəkli çəkmək üçün London metrosunda 1 həftə keçirib.