\
29 Mart 2024 - Cümə

Ermənistanda hərbi maşın aşıb: 6 əsgər yaralandı

Ermənistanda hərbi maşın aşıb: 6 əsgər yaralandı
1719baxış
Ermənistanda hərbçilərin olduğu nəqliyyat vasitəsi qəzaya düşüb.

Hadisə ötən gün baş verib. Belə ki, fevralın 13-də Muratsan hərbi hospitalından Sisyana əsgər aparan avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.
Nəticədə avtomobildə olan 6 əsgər yaralanıb. Xəstəxanaya çatdırılan əsgərlərin üçünün vəziyyəti ağırdır. Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır. /// azvision.az