\
26 Aprel 2024 - Cümə

MSK-nın Kürdəmirdə keçirilən saxta nəticələrlə bağlı düzgün qərar verəcəyinə ümid edirik - VİDEO

MSK-nın Kürdəmirdə keçirilən saxta nəticələrlə bağlı düzgün qərar verəcəyinə ümid edirik - VİDEO
1926baxış

Məlum seçkilərlə bağlı bölgələrə ezam olunan KİV nümayəndələrinn rastlaşdığı saxtakarlıqlar sosial mediada işıqlandırıldıqdan sonra onlara qarşı təpkilər olunmaqdadır.

Qeyd edək ki, Kürdəmir rayon 57 saylı seçki dairəsində baş verən özbaşınalıqlar, seçki saxtakarlıqları, jurnalistlərin təhqir edilməsi, bülletenlərin dəyişdirilməsi, “karusel” oyunları və s və ilaxır cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Oxucuların diqqətinə çatdırmaq istəyirik ki, 4-cü hakimiyyət olan jurnalistlərin həqiqətləri işıqlandırması nəticəsində Mərkəzi Seçki Komissiyası haqlı qərar qəbul etdi. Qərara əsasən, baş verənlərin araşdırılması üçün toplanılan sənədlər, şikayətlər və saxtakarlığın nümayiş olunduğu görüntülər Kürdəmir rayonu 57 saylı Dairə Seçki Komissiyasına təqdim edildi.

Ümid edirik ki, Mərkəzi Seçki Komissiyası nəticələri yenidən nəzərdən keçirib və sonda ədalətli qərar verəcək.

Onu da əlavə edək ki,    Bu gün Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələri ilə bağlı daha bir mətbuat konfransı keçirəcək.

İclasda müxtəlif dairələrdən daxil olmuş müraciətlərə baxılacaq.

Qeyd edək ki, MSK-nın son iclasında ümumilikdə 4 dairənin nəticələri ləğv edilib.